Bakıda fəhlə iş başında öldü
Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 24-də Səbail rayonunun Badamdar qəsəbəsində qeydə alınıb.
Biləsuvar rayon sakini, 23 yaşlı Əlkömək Muradov hasar tikərkən yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az