Bakıda mənzildə uçqun baş verdi
Bakıda ötən gün axşam saatlarında təmir işləri aparan fəhlə uçqun altında qalıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının mənzilinin vanna otağında təmir işləri görən fəhlə döşəmənin çökməsi nəticəsində 2-ci mərtəbənin hamam otağına düşərək köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər dağıntı altında huşsuz vəziyyətdə qalmış fəhləni təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxardıb hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilməsini təmin ediblər.
Mənbə:> Oxu.Az