BAKIDA “KAMAZ” AVTOMOBİLİN ÜZƏRİNƏ AŞDI » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

BAKIDA “KAMAZ” AVTOMOBİLİN ÜZƏRİNƏ AŞDI – VİDEO

BAKIDA “KAMAZ” AVTOMOBİLİN ÜZƏRİNƏ AŞDI

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, rayonun Rəşid İsmayılov küçəsində dairəvi hərəkət zolağına daxil olan 1983-cü il təvəllüdlü Yolçuyev Eynur Canpolad oğlunun idarə etdiyi “Kamaz” markalı ağırtonnajlı yük avtomobili aşıb.

Nəticədə maşının yük bortunda olan beton pilətələr yola tökülüb. Nəticədə Rəfael Allahverənova məxsus “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib. Yük avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralı bildirib ki, hadisə onun avtomobilinin nasaz olması səbəbindən baş verib. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Binəqədi Rayon Yol polis şöbəsinin əməkdaşları hadisənin dəqiq başvermə səbəblərini araşdırır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *