Azərbaycanda ağır yol qəzası: ölənlər və xeyli yaralı var
Imişli rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.
Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan biri Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu, digəri isə "Mercedes" markalı minik avtomobilinin sürücüsü İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur.
Mikroavtobusda olan 12 sərnişinin xəsarət alıb və onlardan 5-i xəstəxanaya yerləşdirilib. Müxtəlif travma və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilib, onların vəziyyəti orta-ağırdır.
1) Paşayeva Sveta İlham qızı (1961-ci il)
2) Qədimova Sümayıl Vəli qızı (1996-cı il)
3) Abbasova Rəna Məhərrəm qızı (1981-ci il)
4) Xəmmədova Könül Məhərrəm qızı (1986-cı il)
5) Hüseynov Əli Nurəddin oğlu (1990-cı il)
Digər xəsarət alan sərnişinlər, zədələri yüngül oduğundan, ambulator yardımdan sonra evə buraxılıblar.
Mənbə:> ANSPRESS