İran vətəndaşı Bakıda qəzaya uğradı
Gecə saatlarında Bakının Binəqədi rayonu 4-cü mikrorayon ərazisində yol nəqliyyat hadisəsi baş verib. Mir Cəlal küçəsində qeydə alınmış avtoqəza zamanı iki minik maşını toqquşub. Qəza zamanı Mir Cəlal küçəsi ilə Asif Məhərrəmov küçəsi istiqamətində hərəkət edən İran vətəndaşı Tahmasibi Namin Moharram oğlunun idarə etdiyi “Rance-Rover” və Hüseynov Samir Ramiz oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər bir-biri ilə toqquşub.
Həmin küçədə avtomobillərin hərəkəti sıx olduğundan hadisə zamanı nəqliyyat vasitələri arasındakı məsafə az olub. Məhz ara məsafəsinin pozulması nəticəsində isə Samir Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil Namin Tahmasibinin idarə etdiyi “Rance-Rover” markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Yol qəzasının təfərrüatlarını Binəqədi polisi araşdırır.
Mənbə:> ANSPRESS