Vaqif Əsədovdan Nura Suri açıqlaması: "...cəzasız qalmayacaq" » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maqazin, Avto

Vaqif Əsədovdan Nura Suri açıqlaması: "...cəzasız qalmayacaq"

Vaqif Əsədovdan Nura Suri açıqlaması: "...cəzasız qalmayacaq"


Tanınmış müğənni Nura Surinin “Porsche” markalı avtomobili Dövlət Statistika Komitəsinin qarşısından cərimə meydançasına aparılıb. Buna səbəb maşının qadağan olunan yerdə saxlanılması olub.

AzNews.info xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva Yeniçağ.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Nura Suri cərimə meydançasından avtomobilini bir qəpik ödəmədən çıxarıb:

“Mən taksi ilə Tbilisi prospektində yerləşən cərimə meydançasına getdim. Gördüm ki, arxamca Nura Suri də gəldi. Onda zarafatyana dedim ki, Nura xanım, deyəsən “qaişnik”lərin pulu qurtarıb. O da qayıtdı ki, nə pul? Bir qəpik də ödəmədən buradan çıxıb gedəcəm. Bir də gördüm ki, şlaqbaum açıldı, Nura Suri də maşını sürətlə sürüb getdi. Mən isə yerindəcə evakuatora görə 20 manat ödədim. Maşına görə kəsilən 20 manat cəriməni isə banka ödəyəcəm”.

Məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxladıq. O,

Yenicag.az-a açıqlamasında faktın araşdırıldığını deyib:

“Kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Dəxli yoxdur, bu şəxs ya müğənni olsun, ya da qeyri-peşə sahibi…. Qanun hər kəs üçün keçərlidir”.

Qeyd edək ki, Nura Suri “facebook” səhifəsi vasitəsi ilə açıqlama yayaraq, belə bir hadisənin baş vermədiyini deyib.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *