Nura: “Biləndən sonra depressiyaya düşdüm” » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Ədəbiyyat

Nura: “Biləndən sonra depressiyaya düşdüm”

Nura: “Biləndən sonra depressiyaya düşdüm”


Kitablar, bədii əsərlər mədəniyyətin ayrılmaz hissəsidir. Ümumiyyətlə, ədəbiyyat həm kinematoqrafiyanın, həm də musiqinin inkişafında mühüm rol oynayıb. Bəs, hansı ədəbiyyat nümunəsi məşhur sənət adamlarının həyatında xüsusi əhəmiyyətə malikdir?

Axar.az bu suala cavab tapmaq üçün sənət adamları arasında belə bir sorğu keçirib:

“Hansı kitab və ya bədii əsər sizi daha çox təsirləndirib?”

Xalq artisti Həmidə Ömərova dünyada bestseller olan bir əsərin adını çəkdi:

“Mən çox kitab oxumuşam. Amma indiyə kimi mənə ən çox Nobel mükafatlı kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı təsir edib. O əsərdə əsas obraz olan qızın sonda ölməsi məni çox sarsıtdı”.

Xalq artisti Rasim Balayev isə oxuduğu bütün kitablardan təsirlənib:

“Mən gənc vaxtlarımdan kitab oxumağı çox sevmişəm. Həm dünya ədəbiyyatına, həm də yerli ədəbiyyatımıza tez-tez müraciət etmişəm. Kitablar arasında fərq qoya bilmirəm. Hərəsinin öz gözəlliyi, öz hekayəsi var. Mən bu günə kimi oxuduğum bütün kitablardan təsirlənmişəm”.

Xalq artisti Flora Kərimova 15 ildir kitab oxumur:
“Artıq 15 ildir ki, kitab oxumuram. Ən təsirləndiyim kitab həyat olub. Yeni həyatımın hər günü, hər dəqiqəsi mənim üçün artıq bir kitab idi. O qədər ağrılı-acılı və nəticə çıxardığım bir kitab oldu ki, bu kitab mənə bütün çətinlikləri öyrətdi. Ona görə də mənim digər kitabları oxumağa nə vaxtım, nə də həvəsim qaldı”.

Əməkdar artist Dilarə Əliyeva “Əli və Nino” əsərinin təsirindən çıxa bilmir:

“Ən çox Qurban Səidin “Əli və Nino” əsərini oxuyarkən təsirlənmişəm. Yay istirahətində Antalyada olarkən o kitabı oxumuşdum və deyərdim, hələ də onun təsirindən çıxa bilmirəm. Əli obrazının sevgisi, vətəni uğrunda göstərdiyi mübarizə və sonda ölməsi məni çox üzmüşdü”.

Xalq artisti Faiq Ağayev bütün kitabların dəyərli olduğunu deyir:

“Mən oxuduğum heç bir kitabı bütləşdirmirəm. Bilirsiniz, mənim üçün masaüstü kitab anlayışı yoxdur. Buna baxmayaraq, təsirləndiyim kitablar da olub. Çox olduğu üçün adlarını çəkə bilmirəm”.

Əməkdar artist Tahir İmanov “Ölülər” əsərinin adını çəkdi:

“Mənə ən təsir edən əsər böyük yazıçımız Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub. Orada cəmiyyətin, bəzi insanların avamlığı elə indi də aktualdır. 100 il bundan əvvəl də eyni səviyyədə idi, indi də. Kitabın əsas qəhrəmanı Kefli İsgəndərin bir sözünü deyim: “Elmi olanın hörməti yoxdur, hörməti olanın elmi”.
Müğənni Xuraman Şuşalı düşünür ki, Qurandan daha təsiredici kitab yoxdur:

“Məni bu həyatda ən çox təsirləndirən kitab, əlbəttə ki, müsəlmanların dini kitabı - Qurandır. Quranı oxuduqdan sonra insanın həyatı yaxşı mənada dəyişir. Quranı oxuduqdan sonra artıq düşünməyə başlayırsan ki, haradan gəlmişəm, haradayam və hara gedirəm?”
Aktyor Elməddin Cəfərov 20 il əvvəl oxuduğu kitabı unuda bilmir:

“Düz 20 il bundan əvvəl 12-13 yaşım olanda türk mətbuatına aid bir kitab oxumuşdum. Müəllifin adı təəssüf ki, yadımda qalmayıb. Amma kitabın adı “İstanbul məktubları” idi. Əsərdə əsas obraz olan qız xərçəng xəstəsi olur. Bir oğlanla bir-birlərini sevirlər və axırda oğlan qızın xəstə olduğunu öyrənir. Sonda isə qız vəfat edir. O əsərin süjeti məni ağlatmışdı”.

Müğənni Nura Surini ən çox realist əsərlər təsirləndirib:

“Xalid Hüseyninin bütün kitablarını oxumuşam. Amma ən çox mənə “Çərpələng uçuran” əsəri təsir edib. Əsərdə uşaqların başına gələnlər, onların məruz qaldıqları şiddət, daha sonra cinsi istismar məni çox üzmüşdü. Bu əsərin, sadəcə, yazıçı təxəyyülü olmadığını biləndən sonra uzun müddət depressiyada oldum. O hadisələr hər an, hər gün orada baş verir, insan özünə gələ bilmir”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *