Stalik Xankişiyevin kitabı milli mətbəx haqqında ən yaxşı kitab oldu
Oktyabrın 14-dən 18-dək Almaniyanın Frankfurt-Mayn şəhərində illik Dünya Kitab Yarmarkası keçirilir, AzNews.info AzərTAc-a istinadən xəbər verir.
Tədbir çərçivəsində yarmarkanın 20 illiyi və Eduard Kuantronun keçirdiyi “Qurman” kulinariya kitablarının müsabiqəsi olub. Milli mətbəxlər haqqında bu nüfuzlu kitab yarışmasında 200-dən çox ölkə iştirak edir.
Həmvətənimiz Stalik Xankişiyev bu müsabiqənin iki dəfə qalibi olub, bu ilin mayında isə Böyük İpək Yolu mükafatını qazanıb.
Oktyabrın 15-də “20 il ərzində kulinariya kitablarının yaxşılarının yaxşısı” müsabiqəsinin qalibləri elan edilib.
Stalik Xankişiyevin Azərbaycan mətbəxi haqqında “Bazar, qazan və dəstərxan” kitabı “İyirmi ildə milli mətbəx haqqında ən yaxşı kitab” nominasiyası üzrə qalib olub.
Mənbə:> AzərTAc