Azərbaycan kulinarlarının parlaq qələbəsi » AzNews.info -Xəbər portalı

Azərbaycan kulinarlarının parlaq qələbəsi – FOTO

Azərbaycan kulinarlarının parlaq qələbəsi


Dünən Çinin Yantay kurort şəhərində “Qurman” kulinariya kitabları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, məşhur azərbaycanlı kulinar Stalik Xankişiyevin “QAZAN, kulinariya dərsliyi” kitabı “Ən yaxşı müəllif və aşpazlar” kateqoriyasında mükafata layiq görülüb.

“Əvvəlki illərdə mənim kitablarım “Milli mətbəx haqqında ən yaxşı kitab” və “Ən yaxşı televiziya aparıcısı kitabı” nominasiyalarında qələbə çalıb. Əlli qalibdən biri olmaq çox xoşdur, axı nominasiyalar çoxdur”, - bu barədə S.Xankişiyev yazıb.

205 ölkədən işitrakçılar müsabiqəyə minlərlə kitab təqdim ediblər, kitab nominasiyaları üzrə qaliblərin sırasında 49 ölkə iştirakçısı yer alıb.

“Amma bu dəfə qeyri-adi bir şey baş verdi: mənim kitabım da daxil olmaqla Azərbaycan mətbəxi haqqında 4 kitab qalib oldu!

Birincisi, mənim dostum və müəllimim Leyla Rəhmanovanın həmmüəllif olduğu Tahir Əmiraslanovun İngiltərədə çap edilən kitabı qalib olub.
İkincisi, Fəridə Buyuranın Amerikada ingilis dilində çap edilmiş kitabı qalib olub. Bu, böyük uğurdur, bu, Azərbaycan mədəniyyətinin təbliği işində vacib amildir.
Üçüncüsü, İranın Təbriz şəhərindən olan Samirə xanımın kitabı qalib olub. Fotoda dörd qalib -azərbaycanlılar dörd diplom tutublar!

Mən, birinci mükafatımı aldıqda məhz bu haqda bütün dünyadan olan həmkarlarıma danışırdım: Siz hələ Azərbaycan mətbəxi haqqında eşidəcəksiniz!”, - məşhur kulinar yazıb.

Azərbaycan kulinarlarının parlaq qələbəsi
Azərbaycan kulinarlarının parlaq qələbəsi
Azərbaycan kulinarlarının parlaq qələbəsi
Azərbaycan kulinarlarının parlaq qələbəsi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *