BDU-nun müəllimi ifaçı haqda: Bu, mənim təhqir olunmağımdır
Bakı Dövlət Universiteninin jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyeva “Facebook”da müğənni Nura Suri barəsində paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, hər ikisinin avtomobilinin cərimə meydançasına aparılmasını, onun cərimə ödədiyi halda, ifaçının oradan cərimə ödəmədən ayrılmasını özünə təhqir saydığını qeyd edib.
“Avtomobili düzgün park etmədiyim üçün yol polisi tərəfindən cərimə meydançasına aparılıb. Cərimə meydançasında mənim avtomobilimin yanında müğənni Nura Surinin qara rəngli, “Porche” markalı avtomobili də dayanmışdı. Nura xanım çox əsəbi halda, “1 qəpik də ödəməyəcəyəm və avtomobil buradan çıxacaq” dedi və avtomobilini sürüb getdi. Mən isə cəriməmi ödəyib çıxdım. Bu, mənim təhqir olunmağım deyil, yoxsa müğənnilərin səlahiyyətləri var? Onlar cərimə ödəməkdən azaddırlar?”, - deyə o, sosial şəbəkədə yazıb.
Mənbə:> Oxu.Az