AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparıldı
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılıb.
Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda A.Alışanovdadır.
Mənbə:> Report