Nura Suri: Ərim məni vururdu – VİDEO
Müğənni Nura Suri ARB TV-də yayımlanan “Gəlin, danışaq” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, müğənni verilişdə ailə həyatı barəsində heç yerdə söyləmədiyi etirafları edib.
İfaçı birinci həyat yoldaşının ona fiziki təcavüz etdiyini deyib:
“10 ilə yaxın məhkəmələrdə oldum. Həm də əcnəbi olduğundan sənəd işləri, məhkəmə prosesi uzun çəkdi. Mənim sonradan ailə qurmağım ona pis təsir etdi. Yatıb-durub məni məhkəməyə verirdi. Nəfsini üzərimə elə saldı ki, ikinci dəfə qurduğum ailə də dağıldı.
Ümumilikdə, pis adam deyildi, həmişə nə istəmişəm onu edib. Sadəcə əsəbi insan idi. Boksla məşğul olurdu deyə, vuran əli var idi. Məni vururdu, fiziki təcavüz olurdu”.
Mənbə:> Oxu.Az