Şöhrət Məsimov atasını və anasını öldürüb qaçdı
Gədəbəydə dəhşətli qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Mənbə:> Virtualaz.org