Masallıda oğul ata və anasını qətlə yetirib
Masallıda dəhşətli qətl hadisəsi baş verib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.
Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA