DİN ata və anasını öldürən oğulla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Tərtər rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Tərtər rayon sakini, ruhi xəstə Qurban Nəsibov Cəmilli kəndində yaşadığı evdə münaqişə zəminində atası Xanbabaya və anası Nazlıya küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib.
Xanbaba və Nazlı hadisə yerində ölüblər.
Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Q.Nəsibov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az