15 yaşlı Tovuz sakini öz qardaşını qətlə yetirib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

15 yaşlı Tovuz sakini öz qardaşını qətlə yetirib

15 yaşlı Tovuz sakini öz qardaşını qətlə yetirib

Tovuzda qətl hadisəsi törədilib. Hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.

Məlumata görə, qardaşlar videoçəkiliş aparırlarmış. Bu zaman qardaşlardan biri tüfəngi digərinin başına tuşlayıb və içərisində güllə olmadığını düşünərək atəş açıb. Nəticədə başından güllə yarası alan Sərxan İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *