Gədəbəydə 18 yaşlı qızı qaçıran oğlan tutuldu
Gədəbəydə görünməmiş şəkildə qız qaçıran gənc saxlanılıb.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, rayonun Qurudərə kəndində yaşayan 18 yaşlı Aytəkin Aslanovanı evindən qaçıran 24 yaşlı Vüsal Məsimov nəzarətə alınıb.
Polisin təkidilə Vüsal Məsimov qaçırdığı Aytəkin Aslanovanın yerini də deyib. Qız tapılaraq tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticəsindən sonra onun bakirəliyinin pozulub-pozulmadığı məlum olacaq.
Qeyd edək ki, Gədəbəy sakini Füzuli Aslanov məlumat vermişdi ki, 18 yaşlı qızı yaşadığı Qurudərə kəndində evdən qaçırılıb.
Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşlı qızı Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.
Mənbə:> ANSPRESS