12 yaşlı qızı avtobusda zorladılar
Türkiyənin Kayseri şəhərində orta məktəb şagirdini zorlayıblar. ANS PRESS-in məlumatına görə, dəhşətli hadisə ötən həftə baş verib.
Məktəbdə təhsil alan 12 yaşlı qız təhsil müəssisəsinin sürücüsü tərəfindən təcavüzə məruz qalıb.
Evə gələrkən məktəbin xidməti avtobusunun sürücüsü 25 yaşlı S.D. bütün şagirdləri evlərinə yola salıb. Sonda 12 yaşlı qız tək qalıb. Sürücü qıza yaxınlaşıb. Avtobusun pəncərəsindəki pərdələri bağlayıb.
Daha sonra qızı soyundurub və avtobusda zorlayıb. Daha sonra qızı qorxudub və burədə heç kimə deməməsini tapşırıb.
Lakin qız səhəri gün başına gələnləri müəllimələrinə danışıb. Müəllimələr dərhal polisə, sonra isə qızın valideynlərinə xəbər veriblər.
Həkimlər qızın zorlandığını təsdiqləyiblər.
Polislər şikayətdən dərhal sonra qızı zorlayan S.D.-ni tutublar. Məhkəmənin qərarı ilə o həbsxanaya göndərilib.
Mənbə:> ANSPRESS