Xırdalanda 700 manata saxta diplom satan şəxs yaxalandı
Bakı Dövlət İqtisadiyyat Kollecinin saxta diplomunu satan şəxs saxlanılıb.
Virtualaz.org bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhərində yaşayan Kəlbəcər şəhər sakini Orxan İsayev Bakı Dövlət İqtisadiyyat Kollecinin saxta diplomunu Xırdalan şəhərində 700 manata satarkən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanlıb.
Xəbəri Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Mənbə:> Virtualaz.org