Müəllimlər İnstitutunun saxta diplomu tapıldı
Mingəçevir sakinindən saxta diplom tapılıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Mingəçevir şəhər polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əli Babakişiyevdən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi barədə saxtalaşdırılmış diplom götürülüb.
Onun hansı vəziyyətdə həmin saxta diplomu əldə etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> ANSPRESS