Bakıda saxta əskinaz satanlar tutuldu
Bakıda saxta əskinazlar satan şəxslər tutulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13 000 manat) saxta əskinazları paytaxtın Nizami rayonu ərazisində 2 300 ABŞ dollarına satarkən tutulub.
Saxta pulları satış məqsədilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.
Mənbə:> Oxu.Az