Qusarda saxta pul satan şəxslər tutuldu
Qusarda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Hacı Kərəmova saxta 50 manatlıq əsginas verən şəhər sakini Şahin Əfəndiyev saxlanılıb.
Araşdırmalar zamanı onun saxta pulu həmyerlisi Samir Soltanovdan alması müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə S. Soltanov da saxlanılıb. Ondan 12 ədəd 100 manatlıq və 5 ədəd 50 manatlıq saxta əsginas (rəngli kserokopiyadan çıxma) götürülüb.
Mənbə:> Oxu.Az