Azərbaycanda saxta attestat
Azərbaycanda saxta attestat satan şəxs tutulub.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına Cəlilabad rayonu Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb.
O, hazırladığı saxta sənədi satdığı üçün saxlanılıb.
Mənbə:> ANSPRESS