Satışda saxta "Borjomi"
Gürcüstanın hüquq-mühafizə orqanları saxta mineral su istehsal edən üç zavodu bağlayıb.
ANS PRESS-in məlumatına görə, dələduzlar bu zavodlarda "Borjomi" və "Likani" markaları adı altında saxta mineral su istehsal ediblər.
Bu haqda gürcü polisi açıqlama yayıb.
Əməliyyat Samçxe-Djavaxeti üzrə polisin regional departamentinin əməkdaşları tərəfindən keçirilib.
Polislər satışa hazır 4,5 min şüşə suyu və istehsal üçün bir çox materialı müsadirə ediblər.
Mənbə:> ANSPRESS