Ermənistanda Eçmiadzinin merinə sui-qəsd edilib
Şəhər başçısının seçkiləri ərəfəsində şəhərin hazırkı meri Karen Qriqoryanın avtomobili atəşə tutulub.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, ötən gün yerli vaxtla 23:00 radələrində şəhərin hazırkı meri Karen Qriqoryan paytaxt Yerevandan qayıdarkən avtomobili atəşə tutulub.
Həmin an avtomobildə merlə yanaşı onun qardaşı da olub. Ehtimallar var ki, atəş açanlar mer olmaq üçün namizədliyini irəli sürən Artur Tumanyan və sabiq mer Qraçik Abqaryanın qohumu olub.
Bu hadisədən sonra hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxsin iştirakı ilə dava baş verib. Hazırda hər iki şəxs xəstəxanadadır.
Karen Qriqoryanın ofisindən yalnız onu bildiriblər ki, silahlı insidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, Eçmiadzində mer seçkiləri sentyabrın 18-də baş tutacaq.
Mənbə:> Oxu.az