Ermanistanda qubernatora sui-qəsd olundu
Ermənistaanın Sükin vilayətinin qubernatoru Surik Xaçataryanın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, hücum zamanı qubernator avtomobildə sürücüsü və köməkçisi ilə olub. Onlardan heç biri xəsarət almayıb.
Hüquq-mühafizə orqanları hadisəni qubernatorun həyatına sui-qəsd kimi qiymətləndiriblər.
Mənbə:> Oxu.Az