Belarusda prezident seçkiləri keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Belarusda prezident seçkiləri keçirilir

Belarusda prezident seçkiləri keçirilir


Belarusda prezident seçkilərində səsvermə başlayıb.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edəcək.

Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərir. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, “Qovori pravdu” (“Həqiqəti danış”) kampaniyasının fəalı Tatyana Korotkeviç və Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviç prezident postu uğrunda mübarizə aparır.

Qeyd edək ki, A. Lukaşenko 21 ildir, hakimiyyətdədir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *