Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alındı
Seçkilər 2015-ci ilin oktyabr ayının 11-də keçiriləcək.
Aleksandr Lukaşenko Belarusda növbəti prezident seçkilərində namizədliyini qeydiyyatdan keçirib.
Mərkəzi seçki və respublikada referendumların keçirilməsi üzrə komissiya Belarus respublikasının prezidentliyinə namizəd kimi dörd nəfəri: Sergey Qaydukeviç, Tatyana Korotkeviç, Aleksandr Lukaşenko, Nikolay Ulaxoviçi qeydiyyatdan keçirmək barədə qərar qəbul edib, Oxu.Az BELTA-ya istinadən xəbər verir.
Qeyd edək ki, Belarusda prezident seçkiləri 2015-ci ilin oktyabr ayının 11-də keçiriləcək.
Mənbə:> Oxu.Az