Lukaşenko Bakıya gəlir
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko 11-13 iyun tarixində Azərbaycana rəsmi səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Belta agentliyinə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət başçısı I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.
Bununla yanaşı, Belarus prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək və Bakıda idman obyektlərinə baş çəkəcək.
Mənbə:> Oxu.Az