Lukaşenko: Amerikalılar harada – sülh orada
Belarus prezidenti Aleksandr Lukaşenko xalqa və milli məclisə müraciətində bəyan edib ki, ABŞ-ın Ukraynada böhranın həllinə qoşulamsı vacibdir.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadla xəbər verir.
“Amerikalılar qoşulsun – orada sülh olacaq”, - Lukaşenko deyib.
O, həmçinin qeyd edib ki, ona ABŞ-ın bu böhrandakı məqsədləri məlumdur. Lakin o istisna etməyib ki, ABŞ-a bu münaqişə xeyirli ola bilər.
“Əgər bu belə deyilsə, o zaman sülh prosesinə qoşul və sülh üçün hər şey et. Əgər amerikalılar sülh istəməsə, o olmayacaq. İstəsəz – qoşulun”, - Lukaşenko əlavə edib.
Lukaşenko həmçinin bəyan edib ki, Belarus hər zaman Rusiya ilə olacaq.
“Biz Rusiya ilə bir yerdə olmuşuq və hər zaman da olacağıq”, - Lukaşenko deyib.
O həmçinin qeyd edib ki, Belarus Qərb ölkələrinə öz mövqeyini açıq bəyan edir.
“Kişilər, siz bilməlisiniz ki, nəsə baş versə, biz Rusiya ilə çiyin-çiyinə olacağıq. Rusiya bizim müttəfiqdir”, - Lukaşenko deyib.
Mənbə:> Oxu.Az