Lukaşenkodan Polada təbrik
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunu anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Sizin Azərbaycan musiqisinin və sovet mahnılarının ən yaxşı cizgilərini özündə birləşdirən bəstəkarlıq və ifaçılıq fəaliyyətiniz milyonlarla insan tərəfindən qəbul edilərək sevilir”.
Belarus Prezidenti həmçinin qeyd edib ki, Polad Bülbüloğlunu nüfuzlu siyasətçi kimi tanıyır və yüksək qiymətləndirir. Diplomatın məhsuldar işi xalqlarımızın yaxınlaşmasında, beynəlxalq mədəni dialoqun, qardaşlıq və qarşılıqlı yardım ideyalarının inkişafına kömək göstərir.
Mənbə:> AzərTAc