Lukaşenko bütün siyasi məhbusları əfv etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Lukaşenko bütün siyasi məhbusları əfv etdi

Lukaşenko bütün siyasi məhbusları əfv etdi


Belarus prezidenti Aleksandr Lukaşenko prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç və daha beş müxalifətçinin əfv olunması barədə qərar qəbul edib.

Oxu.Az bu barədə “Belta”ya istinadla xəbər verir.

Belarus prezidentinin administrasiyasının məlumatına əsasən, Lukaşenko humanizm prinspinidən çıxış edərək Nikolay Dedka, İqor Olineviç, Nikolay Statkeviç, Yevgeni Vaskoviç, Artyom Prokopenko, Yuri Rubtsovu azadlığa buraxmağa qərar verib.

Xatırladaq ki, 2010-cu ildə Belarusda Minskin mərkəzində kütləvi etiraz aksiyaları ilə müşayiət olunan prezident seçkiləri keçirilib. Aksiyalar zamanı etirazçılar MSK-nın yerləşdiyi Hökumət Evinə hücuma cəhd ediblər. Etiraz aksiyaları zamanı 700-dən çox adam həbs olunmuşdu.

Səsvermədən sonra Lukaşenkonun doqquz rəqibindən beşi, həmçinin Nikolay Statkeviç həbs olunaraq “kütləvi aksiyaların təşkilinə” görə müxtəlif müddətə azadlıqdan məhrum olunmuşdular. N.Statkeviç altı illik cəzasını ciddi rejimli həbsxanada çəkirdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *