İrəvanda kütləvi etiraz aksiyaları davam edir – FOTO
İrəvanın mərkəzində keçirilən aksiya iştirakçıları Ermənistan hakimiyyətinə üç tələb irəli sürüblər.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, etirazçılar elektrik enerjisinin bahalaşması haqqında qərarın tətbiqinin dayandırılmasını, ictimaiyyət fəalları ilə elektrik enerjisi tariflərinin aşağı salınmasına dair danışıqlara başlamağı, həmçinin iyunun 23-də etirazçı və jurnalistlərə qarşı zor tətbiq etmiş mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb ediblər.
“Biz hər-hansı siyasi qüvvəyə mənsub deyilik, Biz, soyğunçuluğa yol verməyərək, həmişə xalqla olacağıq”, deyə fəallar bildirib.
Hazırda aksiyanın keçirildiyi Baqramyan prospektində vəziyyət sakitdir. Etirazçılar mahnı oxuyub rəqs edirlər.
Mənbə:> APA