Erməni etirazçılar geri çəkilmir – CANLI
Dünən axşam İrəvanda prezident iqamətgahının yerləşdiyi Baqramayan prospektini bağlayan “Talana son” oturaq aksiyasının iştirakçıları geri çəkilmək niyyətində deyil.
ANS PRESS-in məlumatına görə, bu səhər mitinq iştirakçılarını geri çəkilmək üçün dilə tutmağa gəlmiş məşhur şəxslərin, deputatların və yüksək çinli məmurların fəaliyyəti nəticəsiz olub. Onların xahişinə rəğmən ərazini tərk etməyən aksiya iştirakçıları elektrik enerjisiin bahalaşması barədə qərarın ləğvinə qədər mübarizəni davam etdirəcəklər.
İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-I saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Dünən səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.
Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.
Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.
Ermənistan paytaxtında keçirilən aksiyanı canlı buradan izləyə bilərsiniz:
Bu videogörüntülərdə isə dünən, polisin mitinq iştirakçılarına zor tətbiq etməsi açıq-aydın əsk olunub:
Post by aznews.info.
Mənbə:> ANSPRESS