İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə, Video

İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır – VİDEO+FOTO

İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır


İrəvanda elektrik enerjisinin bahalaşmasına etiraz olaraq küçələrə çıxan kütlə prezident Serj Sərkisyanın iqamətgahına doğru yürüş edib.

Virtualaz.org saytı xəbər verir ki, bu dəqiqələrdə İrəvanda olduqca gərgin və dramatik vəziyyət hökm sürür.

Minlərlə nümayişçi prezident iqamətgahının qarşısındadır və polisin dağılışmaq barədə tələblərinə məhəl qoymur. İrəvan küçələrinə xüsusi vasitələrlə və avtomat silahlarla silahlanmış çoxlu sayda polis qüvvələri, o cümlədən zirehli texnika yeridilib. Nümayişçilərn dağılışmayacağı halda polis atəş açmağa hazırdır.

Ermənistanda görünməmiş etiraz dalğasının səbəbi “Ermənistan elektrik şəbəkəsi” şirkətinin mayın əvvəllərində elektrik enerjisinin bahalaşması ilə bağlı dövlət komissiyasına müraciətidir. Bu şirkət Rusiyanın “Интер РАО” dövlət müəssisəsinə məxsusdur. Müraciət qəbul edilib və ötən cümə günü bəyan edilib ki, tariflər avqustu 1-dən təxminən 7 dram artırılır.

Buna etiraz olaraq İrəvan, Gümrü və Vanadzor şəhərlərində çoxminlik tətil elan edilib.

Bu, son vaxtlar ölkədə keçirilən ən böyük etiraz aksiyası hesab olunur. Hazırda ölkədə etirazlar davam edir.

Ötən cümə günündən paytaxt İrəvandakıı Azadlıq meydanında fasiləsiz etiraz aksiyası keçirilir.Bu müddət ərzində gecəni də meydanda keçirən aksiyaçılar, hakimiyyətə bazar ertəsi axşamadək vaxt qoyublar. Əks halda meydandan prezident sarayana yürüş edəcəklərini bildiriblər. Aksiyanı “Talana yox” vətəndaş hərəkatı təşkil edib.

Bakı vaxtı ilə saat 22 radələrinə olan məlumatlara görə polis jurnalistlərdən aksiyaçılarla asayiş qüvvələri arasındakı zonanı tərk etməyi tələb edib. Bu, polisin nümayişçilərə qarşı güc tətbiqinə hazırlaşmasından xəbər verirdi. Jurnalistlər çəkiləndən sonra polis nümayişçilərə tərəf hərəkətə başlayıb, ancaq bir neçə metrdən sonra dayanıb.

İrəvanın polis rəisi Aşot Karapetyan nümayişçilərlə danışıqlara başlayıb və bildirib ki, prezident Sərkisyan aksiyaçıların nümayəndələri ilə görüşməyə hazırdır. O, nümayişçiləri 5 nəfərdən ibarət heyət formalaşdırıb prezidentlə danışıqlara göndərməyə çağırıb. Hazırda gərgin vəziyyət qalmaqdadır.



İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır
İrəvanda üsyan: xalq Sərkisyanın iqamətgahına hücum edir, polis atəş açmağa hazırdır

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *