Sarkisyanın iki ay vaxtı var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sarkisyanın iki ay vaxtı var

Sarkisyanın iki ay vaxtı var


Ermənistan Milli Konqresinin (EMK) rəhbərliyi yaxın 2 ay rəzində heç bir kütləvi etiraz aksiyası keçirməyəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə EMK lideri Levon Ter-Petrosyan açıqlama verib.

Onun sözlərinə görə, ölkənin müxalifət düşərgəsində tək qaldığına görə, aksiyalara ara veriləcək: "Biz hazırda öz gücümüzü nəyə çatacağını müəyyən etməliyik. Cərəyan edən hadisələr ətrafında düzgün qərar verməli, daha sonra kütləvi etiraz aksiyalarına başlamalıyıq. Bunun üçün bizə iki ay kifayət edəcək".

Qeyd edək ki, Ermənistanda hazırda da etiraz aksiyalrı keçirilir. Onlar prezident Serj Sarkisyanın istefasını tələb edirlər. Müxalifət düşərgəsində Serj Sarkisyanın ən güclü rəqibi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyandır.

Prezident Serj Sərkisyan onun haqqında bildirmişdi ki, Tsarukyan siyasi proseslərdən kənarlaşdırılmalıdır. Buna cavab olaraq Tsarukyan tərəfdarlarını küçələrə çıxmağa və Sərkisyanın istefasını tələb etməyə çağırmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *