Abşeronda faciə: Gənclər su quyusunda öldülər
Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 22:03-də başa çatıb.
Mənbə:> Oxu.Az