Yardımlıda iki nəfər su quyusunda boğuldu
Yardımlıda iki nəfərin ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş verib.
Bu barədə Oxu.Az-a FHN-dən bildiriblər.
Məlumata görə, rayonun Köryədi kəndində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıblar.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki ki, 1983-cü il təvəllüdlü Adışov Rahil Mursaqulu oğlu və 1980-cı il təvəllüdlü Niftəliyev Elvin Sultanağa oğlu təmizlik işləri aparmaq üçün dərinliyi təxminən 18-20 m olan su quyusuna düşüb və havasızlıqdan vəfat ediblər.
Cənub Regional Mərkəzin xilasediciləri R.Adışov və E.Niftəliyevin meyitini quyudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:10-da başa çatıb.
Mənbə:> Oxu.Az