Sumqayıt sakini şaxtaya yıxılaraq öldü
Sumqayıt şəhərində 54 yaşlı kişinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Həmin məlumata əsasən, Sumqayıt şəhərində 1961-ci il təvəllüdlü Surxayev Yaşar Fərhad oğlu liftin şaxtasında düşərək köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər liftin şaxtasına baxış keçirərkən Y.Surxayevin cəsədini aşkarlayıblar.
Xilasedicilər cəsədi aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:50-də başa çatıb.
Mənbə:> ANSPRESS