Xaçmazda gecə dəhşət yaşandı
Ötən gün gecə saatlarında Xaçmazda dəhşətli hadisə baş verib.
ANS PRESS-in Fövqəladə Hallar nazirliyinin (FHN) saytına istinadla verdiyi məlumata görə, Xaçmaz şəhərində 1985-ci il təvəllüdlü Lətifov Anar Zahid oğlunun cəsədi yüksək gərginlikli elektrik transformatorunun içərisində aşkar edilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər transformatordan A.Lətifovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 23:20-də başa çatıb.
Mənbə:> ANSPRESS