Yevlaxda mənzildən meyit tapıldı
Yevlaxda mənzildən meyit tapılıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:32-də başa çatıb.
Mənbə:> Oxu.Az