Bakıda mənzildə 44 yaşlı qadının meyiti tapılıb
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1971-ci təvəllüdlü Əhmədova Ülviyyə Sədaqət qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
Ü.Əhmədovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Mənbə:> Oxu.Az