Bakıda intihara cəhd
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, paytaxtın Nizami rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.
İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 01:32-də başa çatıb.
Mənbə:> ANSPRESS