Astarada ağır yol qəzasına səbəb olmuş sürücü tutulub
Astara rayonunda 2 nəfərin ölümü, 9 nəfərin yaranlanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub.
90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı, "Shacman" markalı yük maşınının sürücüsü Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Vüsal İmran oğlu Xudaverdiyev tutularaq istintaqa cəlb olunub. V.Xudaverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşlarına ilkin ifadəsində yük maşınının əyləc sistemində nasazlığın olduğunu bildirib: "Bir neçə dəfə əyləci basdım, əyləc tutmadı. Ona görə də, maşını saxlaya bilmədim, maşın "Ford"la toqquşaraq aşdı".
Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində Astaranın Çayoba kəndi ərazisndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran-Astara marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Qabil Adil oğlu Əliyevin idarə etdiyi 90 MJ 647 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı mikroavtobus, "Ray Construction" şirkətinə məxsus, Vüsal İmran oğlu Xudaverdiyevin idarə etdiyi 90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Mənbə:> APA