Xaçmazda ağır qəza: Ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Xaçmazda ağır qəza: Ölən var

Xaçmazda ağır qəza: Ölən var


Bu gün axşam saatlarında Gəndob -Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, qəza magistralın 32-ci km-də qeydə alınıb. 10 RM 567 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını və Rusiya dövlət nömrə nişanlı “Tır” tipli yük maşını toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb. Sürücünün kimliyini hələləlik müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar davam edir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *