Bakı-Quba yolunda “Mercedes” reklam lövhəsinə çırpılıb, ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Bakı-Quba yolunda “Mercedes” reklam lövhəsinə çırpılıb, ölən var

Bakı-Quba yolunda “Mercedes” reklam lövhəsinə çırpılıb, ölən var


Bu gün axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, qəza magistralın Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 99 GN 512 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın yolun kənarındakı reklam lövhəsinə çırpılıb.

Qəza nəticəsində maşında olan sərnişin Zeynalov Xancan Intiqam oğlu dünyasını deyişib. Sürücü də daxil olmaqla maşında olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *