Bakı-Quba yolunda qəza: ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Bakı-Quba yolunda qəza: ölən var

Bakı-Quba yolunda qəza: ölən var


Bakı- Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Xızı rayonu ərazisində qeydə alınıb.

Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xızı rayon Təzəkənd kənd sakini, 1983-cü il təvəllüdlü Ruhulla Ağa oğlu Ağayev idarə etdiyi 10- MT- 435 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobillə idarəetməni itirərək yolun kənarındakı metal çəpərə çırpılıb. Daha sonra zərəbinin təsiri ilə yolun digər tərəfinə keçərək dərəyə aşıb.

Hadisə yerinə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin təcili yardım maşını cəlb edilib. Yaralıları xəstəxanaya aparakən sürücü aldığı çoxsaylı bədən xəsarətlərindən yolda dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, Xızı rayon Tıxlı kənd sakini, 1981-ci il təvəllüdlü İlqar Qurbanbəy oğlu Əliyev isə yüngül xəsarətlər alıb.Yaralanan şəxsə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində ilkin tibbi yardım göstərilərək ambulator müayinə üçün evə buraxılıb.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *