Rusiyada 17 qızı qətlə yetirən şəxs saxlanıldı
O, qızların intim xidmətindən istifadə etdikdən sonra, onları doğrayırdı.
Rusiyanın Novosibirsk şəhərində 17 qızın ölümündə təqsirləndirilən 51 yaşlı kişi həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, qətl hadisələri 1998-ci ildən 2006-cı ilə qədər törədilib.
İstintaq iddia edir ki, saxlanılan şəxs qızların intim xidmətindən istifadə etdikdən sonra, onları doğrayırdı və Novosibirsk rayonunun müxtəlif yerlərində basdırırdı.
Axtarışlar zamanı 3 min nəfərlə sorğu-sual edilib, 300-dən çox molekulyar-genetik tədqiqatlar aparılıb. Nəticədə şübhəli şəxsin genotipi əldə edilib.
Hal-hazırda o istintaq təcridxanasında saxlanılır.
Mənbə:> Oxu.Az