Dağıstanlı iki qızını öldürüb basdırdı
Dağıstanın Karanayul kənd sakini biri yetkinlik yaşına çatmayan iki qızını qətlə yetirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin rəsmi saytında verilir.
Cinayət ötən ilin dekabr ayında baş verib. Lakin işin üstü qızların yaşayış yerində uzun müddət olmaması barədə məlumat daxil olduqdan sonra açılıb.
İstintaqla müəyyən edilib ki, 49 yaşlı kişi qızlarına çoxsaylı bıçaq zərbələri endirdikdən sonra onları kəndin kənarında yerləşən dağda basdırıb.
Qurumda bildiriblər ki, cinayətə səbəb “qızlarının əxlaqsız həyat sürmələri olub”.
Hüquq-mühafizə orqanlarındakı mənbə qeyd edib ki, ata qızların axşam gəzintisindən evə gecə qayıtmasından əsəbiləşib.
Mənbə:> Oxu.Az