4 erməni azərbaycanlı iş adamını öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

4 erməni azərbaycanlı iş adamını öldürdü

4 erməni azərbaycanlı iş adamını öldürdü


Peterburqda millətlərarası münaqişə zəminində törədilməsi ehtimal edilən cinayət işinin üstü açılıb, konkretno.ru məlumat yayıb.

Oxu.Az xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşının yoxa çıxdığı haqda polisə onun milliyyətcə rus olan arvadı sentyabrın 15-də ərizə ilə müraciət edərək bildirib.

Rusiya İstintaq Komitəsi müraciətdən üç gün sonra həmin şəxsin qətli ilə bağlı cinayət işi qaldırıb.

Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən 4 erməni tutulub.

Onlardan biri Ermənistan vətəndaşıdır, qalanlarının Rusiya vətəndaşlığı var. Məlum olub ki, sentyabrın 14-də gecə saat 1 radələrində həmin ermənilər Leninqrad vilayətinin Puşkino şəhərindəki restoranda milli zəmində baş verən münaqişə zamanı azərbaycanlını döyüblər.

Daha sonra ermənilər Azərbaycan vətəndaşını ona məxsus olan və Moskva dövlət nömrə nişanlı “Volkswagen Touareg” avtomobilinin baqajına qoyaraq Tosnensk rayonu, Krasnıy Bor qəsəbəsi yaxınlığındakı çölə aparıblar, orada ermənilərdən biri azərbaycanlının sinəsinə və kürəyinə 13 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Cəsədi basdırıb və avtomobili yandırıblar.

İstintaq orqanlarından bildiriblər ki, cəsədin yeri müəyyən edilib və çıxarılıb. Şübhəlilərdən ikisinin barəsində həbs-qətimkan tədbiri seçilsə də qalan ikisi başqa yerə getməmək barədə iltizam alaraq buraxılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *